“Qarabağ”ın çempionatdakı məğlubiyyəti bizdə arxayınçılıq yarada bilməz” – Yakiroviç

“Dinamo” (Zaqreb) sabah UEFA Çempionlar Liqasının pley-off mərhələsinin çavab matçında “Qarabağ”ın qonağı olacaq.

Komanda.az xəbər verir ki, Xorvatiya klubunun baş məşqçisi Sergey Yakiroviçin oyunöncəsi mətbuat konfransı keçirilib. Bosniyalı mütəxəssis sabahkı oyunun çətin olacağını bildirib:

“İlk matçda 3:0 hesabı ilə qalib gəlməyimizə baxmayaraq, sabahkı oyunun çətin olacağını düşünürəm. Nəzərə alsaq ki, rəqib çox güclü komandadır, keyfiyyəli oyunçuları var.

Oyunun gedişatından asılı olaraq bu, 90 dəqiqə də çəkə bilər, 120 dəqiqə də davam etməsi mümkündür. Bunun üçün xüsusi planımız yoxdur.

Nəticənin ədalətli və ya ədalətsiz olmasına dair şərh verə bilmərəm. Rəqib komandanın nə qədər şanslar yaratmasına baxmayaraq, oyunda şanslardan yararlanıb qələb qazandıq. Bu nəticənin ədalətsiz və ya ədalətli olmasıyla bağlı heç nə deyə bilmərəm.

“Ludoqorets”in baş məşqçisinin istefaya göndərilməsi ilə bağlı bir fikrim yoxdur. Düşünürəm ki, onun təqaüd yaşı çatdığı üçün gedib. Mənim belə bir fikrim yoxdur. Mən bu komandada yeniyəm və futbolçularıma güvənirəm. İnanıram ki, yaxşı nəticələrimiz olacaq. Hansısa bir nəticədən sonra istefa verməyi düşünmürəm.

Mən bu komandayla bir ildir məşğulam və Mahir Əmrəlinin potensialıyla da tanış olmağa vaxtım oldu. Zədəsi səbəbindən qışa qədər oynaya bilmədi. Ondan sonra da digər matçlarda iştirak etmədi. Və nəticədə bizimlə ayrılamalı oldu. 2-ci Bundesliqanın “Nürnberq” klubuna gedib. Bu heç də pis hal deyil.

Bakıya sərfəli nəticə qazanmaq üçün gəlmişik. İnanıram ki, belə də olacaq. “Qarabağ”ın çempionatdakı məğlubiyyəti bizdə arxayınçılıq yarada bilməz. “Ludoqrets”lə oyunlardakı nəticələrindən də xəbərimiz var”.

“Dinamo” (Zaqreb) ilə “Qarabağ” arasında ilk oyun xorvatların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button