“Qarabağ”ın Budapeştə səfər proqramı açıqlandı

Futbol üzrə UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşündə “Ferentsvaroş”la qarşılaşacaq “Qarabağ”ın Budapeştə səfər proqramı açıqlanıb.

Komanda.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda sabah – avqustun 8-də Macarıstana yollanacaq.

Komandanı Budapeşt şəhərinə aparacaq təyyarə saat 10:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.
Sabah saat 18:40-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 19:00-da isə matçın keçiriləcəyi “Ferentsvaroş” stadionunda komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

Avqustun 9-da keçiriləcək “Ferentsvaroş” – “Qarabağ” oyununa saat22:00-da start veriləcək. İlk matç 1:1 hesabı ilə yekunlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button