
“Qarabağ”ın “Braqa” ilə oyunlarının başlama saatı açıqlandı
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində Portuqaliya “Braqa”sına qarşı keçirəcəyi oyunların başlama saatı açıqlanıb.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin fevralın 15-də səfərdə keçirəcəyi matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Bir həftə sonra Bakıda oynanılacaq cavab qarşılaşması isə saat 21:45-də başlayacaq.
Bu cütün qalibi Avropa Liqasında 1/8 finala vəsiqə əldə edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin