Şenol Günəş Qurban Qurbanova forma hədiyyə etdi FOTO
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda təlim-məşq toplanışında olan Türkiyə millisinin düşərgəsini ziyarət edib.
Komanda.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Qurbanov Türkiyə millisinin baş məşqçisi Şenol Günəşlə görüşüb. Qurbanov həmkarına azərbaycanlı azarkeşlərin AÇ-2020-də Türkiyəni dəstəklədiyini bildirib və onlara uğurlar arzulayıb.
Günəş Qurbanova Türkiyə yığmasının imzalı formasını verib.
AÇ-2020-nin açılış matçında Romada İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyə yığması iyunun 16-da Bakı Olimpiya Stadionunda Uelslə, 4 gün sonra isə İsveçrə ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin