
“Qarabağ”ın azarkeşlərinə: Çexlər üçün nəzərdə tutulan biletləri alın
“Qarabağ” klubu azarkeşlərinə müraciət edib.
Komanda.az klubun sosial şəbəkə hesabına istinadən xəbər verir ki, “köhlən atlar” sabah keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Viktoriya” oyununda qonaq komandanın azarkeşlərinin tribunada yer almayacağını bildirib.
Əldə olunmuş razılığa əsasən, 2500 ədəd qonaq sektor biletləri “Qarabağ”ın azarkeşləri üçün satışa çıxarılacaq. Həmin biletləri “iticket.az”-dan və kassalardan almaq mümkündür.
Sabah keçiriləcək oyun saat 20:45-də başlayacaq və Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin