“Qarabağ”ın “Ayaks”la oyununa 18 mindən çox bilet satılıb

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) oyununa satılan biletlərin sayı məlum olub.

Komanda.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Oyun üçün artıq 18 min 500 ədəd bilet satılıb.

Məlumatda o da qeyd olunub ki, qapılar azarkeşlər üçün matçın start fitindən 2 saat əvvəl açılacaq.

Oktyabrın 24-ü saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri:
iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Oktyabrın 24-də keçiriləcək “Qarabağ” – “Ayaks” oyunu saat 20:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button