
“Qarabağ”ın “Auqsburq”la oyununun başlama saatı bilindi
“Qarabağ”ın Avstriyada Almaniyanın “Auqsburq” komandası ilə keçirəcəyi yoxlama oyununun başlama saatı açıqlanıb.
Komanda.az xəbər verir ki, sabah oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
“Qarabağ” Avstriyada iki yoxlama oyunu keçirib. “Köhlən atlar” Bolqarıstanın ÇSKA komandasını məğlub edib (1:0), Rusiya “Arsenal”ına isə uduzub (0:1).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin