
“Qarabağ” Bundesliqa klubu ilə qarşılaşacaq
“Qarabağ”ın Avstriya toplanışındakı üçüncü rəqibi məlum olub.
Komanda.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv iyulun 15-də Almaniya Bundesliqası təmsilçisi “Auqsburq”la qarşılaşacaq. Oyunun başlama saatı hələ məlum deyil.
“Qarabağ” iyulun 7-də Bolqarıstanın ÇSKA (Sofiya), 11-də isə Rusiyanın “Arsenal” (Tula) komandası ilə yoxlama oyunu keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin