“Qarabağ”ın Avropa Liqasının qrupundakı rəqibləri bilindi – “Vilyarreal” Bakıya gələcək!
Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.
Komanda.az xəbər verir ki, püşkatmada Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibləri məlum olub. “Köhlən atlar” İ qrupunda mübarizə aparacaq. Azərbaycan çempionunun qrupdakı ilk rəqibi İspaniyanın “Vilyarreal” klubu olub. Bundan başqa, püşk İsrailin “Makkabi” (Təl-Əviv) və Türkiyənin “Sivasspor” klublarını da “Qarabağ”a rəqib seçib. Ağdam təmsilçisi Avropa Liqasının pley-offunda səfərdə Polşa “Legiya”sını məğlub edərək (3:0) qrup mərhələsinə vəsiqə qazanıb. Qrup mərhələsinin oyunları oktyabrın 22-də və 29-da, noyabrın 5-də və 26-da, həmçinin dekabrın 3-də və 10-da keçiriləcək.
Avropa Liqası, qrup mərhələsi
İ qrupu
Vilyarreal (İspaniya)
Qarabağ (Azərbaycan)
Makkabi (Təl-Əviv, İsrail)
Sivasspor (Türkiyə)
Bizi Facebook-da izləyin