“Qarabağ”ın rəqibində növbəti itki
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Vilyarreal” klubu növbəti itki ilə üzləşib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, La Liqa təmsilçisinin futbolçusu Pervis Estupinyan Ekvador millisinin Uruqvayla qarşılaşdığı matçda (4:2) zədələnib. Oyunun 73-cü dəqiqəsində zədələnərək, meydanı tərk edən müdafiəçinin son durumu tibbi müayinədən sonra bilinəcək.
“Vilyarreal”da bundan əvvəl hücumçu Jerar Moreno zədələnmişdi.
“Qarabağ” Avropa Liqasının İ qrupunda “Vilyarreal” (İspaniya), “Makkabi” (İsrail) və “Sivasspor” (Türkiyə) ilə mübarizə aparacaq. “Köhlən atlar” ilk turda “Makkabi”nin qonağı olacaq, ikinci matçını isə oktyabrın 29-da evdə “Vilyarreal”a qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin