“Qarabağ”ın rəqibində ciddi itki – 2-3 həftə olmayacaq

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İspaniyanın “Vilyarreal” klubunun futbolçusu Jerar Moreno zədələnib.

Komanda.az xəbər verir ki, məşqdə zədələnən hücumçu 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Məşqdə zədələnən Morenonun sol ayağının bud nahiyyəsində problem aşkarlanıb. Təcrübəli forvardın yaxın iki həftə ərzində yaşıl meydanlara qayıtmayacağı dəqiqləşib.

“Qarabağ” Avropa Liqasının İ qrupunda “Vilyarreal” (İspaniya), “Makkabi” (İsrail) və “Sivasspor” (Türkiyə) ilə mübarizə aparacaq. “Köhlən atlar” ilk turda “Makkabi”nin qonağı olacaq, ikinci matçını isə oktyabrın 29-da evdə “Vilyarreal”a qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button