“Qarabağ” kimi komandaların yer aldığı qrupdan çıxacağımızı düşünən insanlar var”
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Düdelanj” klubunun futbolçusu Dominik Stols açıqlama verib.
Komanda.az Almaniyanın “Kicker” nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi, “Qarabağ”, “Sevilya” və APOEL-lə birgə yer aldıqları Avroliqanın qrupundan çıxmağın çətin olduğunu deyib:
“Avrokuboklarda oynamaq hər fubolçunun xəyalıdır. Almaniyada olarkən bu turnirlərə qatılmaq üçün gərək ən azı 5-6-cı sıralarda olasan. Buna görə də, Lüksemburqa köçməklə düzgün addım atdım.
Bir gün “Sevilya”ya qarşı çıxış edəcəyimi təsəvvür etməzdim. Amma indi bu, reallaşır. Futbol gülməli hekayələr yazır. Bu dəfə rəqibimiz “Betis” yox, “Sevilya”dır. Belə bir vaxtda baş məşqçi dəyişikliyi bizi çətin duruma sala bilər. “Sevilya”, APOEL və “Qarabağ” kimi komandaların yer aldığı qrupdan çıxacağımızı düşünən insanlar var. Məncə, bu iddia şişirdilib.
Azərbaycanlılar və kiprlilərlə duellərdə 0:2 hesablı məğlubiyyət gözləyirəm. Şəxsən mən “Ayntraxt”, “Mançester Yunayted” və “Espanyol”la bir qrupa düşməyi arzulayırdım. Çünki belə rəqiblərlə, xüsusən də, “Mançester Yunayted”lə hər dəfə üz-üzə gəlmək şansın olmur”.
“Qarabağ” “Düdelanj”la oktyabrın 3-də qarşılaşacaq. Ağdam təmsilçisi qrup mərhələsinin ilk oyununda bu gün “Sevilya”, “Düdelanj” isə KİPR APOEL-i ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin