“Qarabağ”la oyunda istirahət edəcək

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində sabah qarşılaşacağı “Sevilya”da ötən həftə zədələnən Xesus Navas sağalıb.

Komanda.az yerli mətbuata istinadən xəbər verir ki, 34 yaşlı futbolçu “Sevilya”nın son məşqində iştirak edib.

“Sevilya”nın baş məşqçisi Xulen Lopeteqinin hazırda durumu qənaətbəxş olan Navasa “Qarabağ”la oyunda istirahət verəcəyi gözlənilir.

“Sevilya” – “Qarabağ” matçı sabah, saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button