“Qarabağ” Avropa Liqası ilə vidalaşdı

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.

Komanda.az xəbər verir ki, “köhlən atlar” Tofiq Bəhramov adına Respublika stadionunda Almaniyanın “Frayburq” klubu ilə qarşılaşıb. Ağdam təmsilçisi 2-ci turda Almaniyada keçirilən oyunda bu rəqibinə 1:2 hesabı ilə məğlub olmuşdu. İndi Qurban Qurbanovun komandası həmin məğlubiyyətin təsadüf olduğunu sübut etməyə çalışmaqla yanaşı, Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaq üçün də mübarizə aparmalı idi.

Qrupun digər oyununda turnir cədvəlində “Qarabağ”dan bir xal geri qalan “Nant” Yunanıstanda “Olimpiakos”un qonağı olub. Avropa Liqasının pley-off mərhələsinə çıxmaq üçün Azərbaycan çempionu Yunanıstandakı matçın nəticəsini gözləməməli, “Frayburq”la qarşılaşmada qələbə qazanmaq üçün əlindən gələni etməliydi.

Təəssüf ki, hər iki oyunda arzulamadığımız nəticə qeydə alınıb. Yunanıstanda “Nant” qələbə qazanıbsa, “Qarabağ” doğma meydanda cəmi 1 xal qazana bilib. Bu nəticələrdən sonra Fransa təmsilçisi qrup ikinciliyini ələ keçiribsə, Azərbaycan çempionu üçüncü pilləyə enib. Bu isə o deməkdir ki, “Qarabağ” mübarizəni Avropa Konfrans Liqasında davam etdirəcək.

Avropa Liqası, qrup mərhələsi, 6-cı tur

3 noyabr

G qrupu

Qarabağ – Frayburq 1:1
Qol: K.Ovusu, 90+1 – N.Petersen, 25-pen.
Qırmızı vərəqə: K.Medina, 62.
Hakimlər: Aleksey Kulbakov, Dmitri Juk, Aleh Maslianka, Dmitri Dmitryiev (hamısı Belarus)
Bakı.T.Bəhramov adına Respublika stadionu.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 7. Riçard Almeyda (k), 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges. 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Julio Romao, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Frayburq: 21. Noah Atubolu, 2. Uqo Sike, 9. Lukas Höler, 14. Yannik Keytel, 18. Nils Petersen, 20. Kevin Şade, 23. Robert Vaqner, 25. Kiliann Sildillia, 30. Kristian Günter (k), 31. Keven Şlotterbek, 33. Noah Veybhaupt.
Ehtiyat oyunçular: 1. Benyamin Uphoff, 26. Mark Flekken, 3. Filip Linhardt, 8. Maksimilian Eggeştayn, 17. Lukas Kübler, 22. Roland Şallai, 27. Nikolas Höfler, 28. Mattias Ginter, 29. Çon U Yon, 32. Vinçentso Qrifo, 38. Mixael Qreqoriç, 42. Ritsu Doan.
Baş məşqçi: Kristian Ştrayx.

Olimpiakos (Yunanıstan) – Nant (Fransa) 0:2
Qol
: M.Məhəmməd, 79. L.Blas, 90.

Xal: Frayburq – 14. Nant – 9. Qarabağ – 8. Olimpiakos – 2.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button