“Bakıdan dönəndə hamının Lopeteqi və “Sevilya” barədə necə danışdığını xatırlayıram”
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Sevilya” klubunun idman direktoru Ramon Monçi komandanın hazırkı durumu ilə bağlı açıqlama verib.
Komanda.az “Marca” nəşrinə istinadən xəbər verir ki, Monçi, bu yay komandaya cəlb olunan, ancaq gözlənilən performansı sərgiləməyən Luk de Yonq haqda da danışıb:
“Luk qol vurmasa, bu, idman direktorunun uğursuzluğu olacaq. Bütün hücumçularımızla müsbət münasibətdəyəm. Məsuliyyətimi gizləmirəm, statistika məni qorumur. Ancaq qarşıda hələ uzun aylar var. “Qarabağ”la oyundan sonra Bakıdan dönəndə hamının Xulen Lopeteqi və “Sevilya” barədə necə danışdığını xatırlayıram. Cəmi 10 gün sonra isə hər şey fəlakət kimi görünür. Tənqidlərə dözməyi öyrənmişəm”.
“Qarabağ” Avropa Liqasının ilk oyununda “Sevilya”ya 0:3 hesabıyla uduzmuşdu.
Bizi Facebook-da izləyin