
“Qarabağ”ın rəqibi almaniyalı futbolçulara ən az güvənən komandadır
“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi “Bayer” almaniyalı futbolçulara ən az güvənən komandadır.
Komanda.az “Sport Bild”-ə istinadən xəbər verir ki, 2023/24 mövsümündə Leverkuzen təmsilçisi bu göstərici ilə Bundesliqada 18 komanda arasında sonuncudur.
“Bayer”in heyətində yer alan 24 oyunçudan cəmi 5-i almaniyalıdır. Klub bu mövsüm milli komandanın oyunçuları Florian Virtz, Conatan Ta, Robert Andrix, Yonas Hofmann və Nadim Amiriyə şans verib.
Amiri bu qış “Maynts”a transfer olunub.
“Bayer” – “Qarabağ” matçı martın 14-də Leverkuzen şəhərindəki “BayArena”da keçiriləcək. İlk oyun 2:2 hesabı ilə bitib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin