“Qarabağ”ın rəqibinin 2 futbolçusu koronavirusa yoluxdu
“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Sivasspor” klubunun daha 4 üzvündə koronavirus aşkarlanıb.
Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Virusa yoluxanların 2-si futbolçu, 2-si də texniki heyətin üzvləridir.
“Sivasspor”da daha əvvəl 10-a yaxın futbolçu və klub işçisində koronavirus aşkarlandığı açıqlanmışdı.
“Sivasspor” Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində sabah “Vilyyarreal”la qarşılaşacaq. “Qarabağ” isə bu turda İsrail “Makkabi”si (Təl-Əviv) ilə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin