“Qarabağ”la oyunu hələ düşünmürəm” – APOEL-in baş məşqçisi
“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan APOEL-in baş məşqçisi Tomas Doll Kipr çempionatının 6-cı turunda “Doxa”nı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az “24sports.com.cy” saytına istinadən xəbər verir ki, alman mütəxəssis komandasının oyunundan razı qalmadığını deyib:
“Yaxşı oyun deyildi. Buna baxmayaraq, üç xal qazandıq. İkili mübarizələrdə uduzurduq. Rəqib yaxşı şeylər edəcəyini düşünürdü. İkinci qol bizə hədiyyə oldu və bu, matçın taleyini həll etdi.
Məsələ budur ki, oyunumuzu daha da yaxşılaşdırmaq məcburiyyətindəyik. “Qarabağ”la oyunu hələ düşünmürəm. Oyunumuzu yaxşılaşdırmaq üçün çalışıram. Məşqlərdə izlədiyimi oyunlarda görmürəm. Bəlkə də, daha çox konsentrasiyaya ehtiyacımız var. Daha yaxşı oynamalıyıq. Hər kəs baş məşqçinin məsuliyyət daşıdğını söyləyir. Fubolçu olarkən mən də belə deyirdim. Oyunumuzu yaxşılaşdırmalıyıq. İstədiyim kimi deyil”.
“Qarabağ” – APOEL oyunu oktyabrın 24-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Bizi Facebook-da izləyin