“Qarabağ”ın rəqibinin futbolçusu koronavirusa yoluxdu

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Sivasspor” klubunun bir futbolçusunda koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. “Sivasspor”da virusa yoluxan futbolçunun adı açıqlanmayıb və o, karantinə alınıb.

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində noyabrın 26-da “Sivasspor”la qarşılaşacaq. Türkiyədə, “Başakşehir Fatih Terim” stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button