“Qarabağ”ın rəqibi türkiyəli rekordçunu izləyir

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Sevilya” klubu qış fasiləsində heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi “Kayserispor” klubundan Emre Demiri transfer etmək niyyətindədir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, “Sevilya”nın idman direktoru Ramon Monçinin 15 yaşlı futbolçunu yaxından izlədiyi bildirilir.

Emre Demir Super Liqanın sonuncu turunun “Gənclərbirliyi” ilə oyununda fərqlənərək, Türkiyə Super Liqası tarixində qol vuran ən gənc futbolçu olmuşdu.

“Qarabağ” Avropa Liqasının A qrupunda “Sevilya”, APOEL və “Düdelanj”la mübarizə aparır. Ağdam təmsilçisi hazırda 4 xalla 3-cü sırada qərarlaşıb. İlk sırada “Sevilya”, ikinci isə APOEL-dir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button