“Qarabağ”ın rəqibinin düşərgəsində daha bir qalmaqal – Heyətdən çıxarıldı

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan APOEL klubunda daha bir qalmaqal yaşanıb.

Komanda.az “24sports.com.cy” saytına istinadən xəbər verir ki, Kipr təmsilçisinin futbolçusu Joazinyo komandanın heyətindən kənarlaşıdırılıb. Portuqaliyalı müdafiəçi APOEL-in “Nea Salamina” ilə qarşılaşacağı oyunun heyətinə daxil edilməyib. Joazinyonun kənarda qalmasına səbəb intizamsız davranışları olub.

APOEL-in “Qarabağ”la Bakıda qarşılaşdığı oyundan (2:2) əvvəl Musa Əl-Tamari də baş məşqçi Tomas Dolla mübahisə etdiyi üçün heyətdən kənarlaşdırılmışdı.

“Nea Salamina” – APOEL oyunu bu gün, saat 21:00-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button