“Qarabağ”ın rəqibində yeni müqavilə
“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan APOEL klubu futbolçusu Nikolas Yoannu ilə yeni müqavilə imzalayıb.
Komanda.az xəbər verir ki, Kipr təsmilçisi 23 yaşlı müdafiəçinin sözləşməsinin müddətini 2023-cü ilin yayına qədər uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
2014-cü ildən APOEL-də forma geyinən Yoannunun əvvəlki müqaviləsi 2021-ci ilin yayına qədər idi.
“Qarabağ” APOEL-lə oktyabrın 24-də, Bakıda qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin