
“Qarabağ”ın Avropa Liqasındakı potensial rəqibləri məlum oldu
“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib.
Komanda.az xəbər verir ki, UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
“Qarabağ” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Şkendiya”ya (Şimali Makedoniya) məğlub olacağı təqdirdə, “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün məğlubu ilə üz-üzə gələcək.
“Köhlən atlar” “Şkendiya”nı məğlub edəcəyi təqdirdə, eyni cütün qalibi ilə UEFA Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacaq.
Çempionlar Liqasında pley-off mərhələsinin oyunları avqustun 19-20-də və 26-27-də, Avropa Liqasında isə bu raundun matçları avqustun 21-də və 28-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin