“Qarabağ” yenə “Partizani” ilə qarşılaşa bilər – Potensial rəqiblər

“Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Dandalk” (İrlandiya) səddini keçə bilməsə, Avropa Liqasının 3-cü təsnifat mərhələsində yenidən Albaniyanın “Partizanı” klubu ilə qarşılaşa bilər.

Komanda.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Avroliqanın 3-cü təsnifat mərhələsində səpələnmişlər siyahısında yer alacaq. Çempionlar Liqasının və Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkü iyulun 22-də atılacaq.

“Qarabağ” Çempionlar Liqasının 1-ci mərhələsində “Partizani”ni mübarizədən kənarlaşdırıb.

Avropa Liqası, 3-cü təsnifat mərhələsi

Səpələnmişlər

Seltik (Şotlandiya) – Nımme Kalyu (Estoniya) cütününü məğlubu
BATE (Belarus) – Rusenborq (Norveç) cütünün məğlubu
Dandalk (İrlandiya) – Qarabağ cütünün məğlubu
Maribor (Sloveniya) – AİK (İsveç) cütünün məğlubu
Ferentsvaroş (Macarıstan) – Valletta (Malta) cütünün məğlubu

Səpələnməmişlər
Sarayevo (Bosniya və Herseqovina)
Partizani (Albaniya) – Şerif (Moldova) cütünün qalibi
Slovan (Slovakiya) – Feronikeli (Kosovo) cütünün qalibi
Santo-Koloma (Andorra) – Astana (Qazaxıstan) cütünün qalibi
Şkendiya (Makedoniya) – Düdelanj (Lüksemburq) cütünün qalibi

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button