“Qarabağ”ın Avropa Liqasındakı bütün rəqibləri bilindi
“Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsində bütün rəqibləri məlum olub.
Komanda.az xəbər verir ki, “Qarabağ” ilk oyununu “Ayaks”la (Niderland) evdə keçirəcək.
“Köhlən atlar” ikinci matçında səfərdə “Tottenhem”lə (İngiltərə) qarşılaşacaq.
Azərbaycan təmsilçisi üçüncü görüşündə doğma meydanda “Lion” (Fransa), dördüncü qarşılaşmasında səfərdə “Olimpiakos”la (Yunanıstan) üz-üzə gələcək.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda daha sonra evdə “Malmö” (İsveç) ilə, ardınca isə səfərdə “Budo Qlimt”lə (Norveç) görüşəcək. Növbəti qarşılaşmalar “Styaua” (Rumıniya) ilə Bakıda, “Elfsborq”la İsveçdə olacaq.
Liqa mərhələsi sentyabrın 25-26-da start götürəcək.
“Qarabağ”ın Avropa Liqasındakı oyunları
1-ci səbətdən: “Tottenhem (səfərdə), “Ayaks” (evdə)
2-ci səbətdən: “Olimpiakos” (səfərdə), “Lion” (evdə)
3-cü səbətdən: “Malmö” (evdə), “Budo Qlimit” (səfədə)
4-cü səbətdən: “Styaua” (evdə), “Elfsborq'” (səfərdə)
Bizi Facebook-da izləyin