“Qarabağ”ın “Aşdod”la oyununun hakimləri açıqlandı
“Qarabağ”ın Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində İsrailin “Aşdod” komandasına qarşı keçirəcəyi ilk matçın hakimləri açıqlanıb.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, Bakıda oynanılacaq qarşılaşmanı Polşadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Kşiştof Yakubik olacaq. Ona yan xətt hakimləri Arkadiuş Vuyçik və Tomaş Nemirovski kömək edəcəklər. Dördüncü hakim funksiyasını Pyotr Lasyik yerinə yetirəcək.
İyulun 22-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Aşdod” matçı saat 20:00-da başlayacaq. Komandalar arasındakı cavab görüşü iyulun 29-da olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin