“Qarabağ”ın avrokuboklardakı potensial rəqibləri bilinəcək – Bu gün
Bu gün “Qarabağ”ın UEFA Çempionlar Liqasının (ÇL) 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri bilinəcək.
Komanda.az xəbər verir ki, “Rakuv” (Polşa) – “Qarabağ” cütü İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatmada səpələnmişlər səbətində olcaq.
Tədbir saat 14:00-da başlayacaq.
Daha sonra, Azərbaycan çempionunun Avropa Liqasındakı mümkün rəqiblərinin də adına aydınlıq gələcək. “Köhlən atlar” “Rakuv” səddini keçə bilməsə, yoluna digər turnirdə davam edəcək.
Bu püşkatma isə bir saat sonra start götürəcək. “Qarabağ” burada ÇL-in ikinci təsnifat mərhələsinin 9 cütünün məğlublarından biri ilə qarşılaşacaq.
Çempionlar yolu
Səpələnmişlər
Dinamo” (Zaqreb, Xorvatiya) – “Astana” (Qazaxıstan)
“Breydablik” (İslandiya) – “Kopenhagen” (Danimarka)
“Jalgiris” (Litva) – “Qalatasaray” (Türkiyə)
“Rakuv” (Polşa) – “Qarabağ” (Azərbaycan)
“Slovan” (Slovakiya) – “Zrinski” (Bosniya və Herseqovina)
“Molde” (Norveç) – HJK (Finlandiya)
Səpələnməmişlər
“Luduqorets” (Bolqarıstan) – “Olimpiya” (Sloveniya)
“Şerif” (Moldova) – “Makkabi” (Hayfa, İsrail)
“Aris” (Kipr) – BATE (Belarus)
“Sparta” (Praqa, Çexiya)
AEK (Yunanıstan)
“Kİ Klaksvik” (Farer adaları) – “Heken” (İsveç)
Liqa yolu
Səpələnmişlər
“Reyncers” (Şotlandiya)
“Braqa” (Portuqaliya)
PSV (Niderland)
“Marsel” (Fransa)
Səpələnməmişlər
“Servett” (İsveçrə) – “Genk” (Belçika)
“Ştrum” (Avstriya)
“Dnepr-1” (Ukrayna) – “Panatinaikos” (Yunanıstan)
TSÇ (Serbiya)
Bizi Facebook-da izləyin