“Qarabağ”ın avrokubokda rəqabət ənənəsi var”
“İqtisadi və kadr potensialı olmayan komandalarla qarşılaşacağıq. Püşkün nəticəsindən məmnunuq. Ancaq oyunlar olmamış danışmaq tezdir”.
Komanda.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İspaniyanın “Sevilya” klubunun idman direktoru Ramon Monçinin müavini Emilio de Dios İspaniya mətbuatına açıqlamasında deyib.
O, rəqiblər arasında “Qarabağ” və APOEL-i xüsusi fərqləndirərək, bu komandaların avrokuboklarda təcrübəli olduğunu qeyd edib: “Orta səviyyəli qrup olduğundan, narazı qala bilmərik. APOEL və “Qarabağ”ın avrokubokda rəqabət ənənəsi var. Onlar bu tempə öyrəşiblər. “Düdelanj” bir az zəif görünə bilər. Amma Avropada asan oyun olmur”.
“Sevilya”, “Qarabağ”, APOEL və “Düdelanj” A qrupunda mübarizə aparacaq.
Bizi Facebook-da izləyin