
“Qarabağ”ın aparıcı futbolçusu sıradan çıxıb
“Qarabağ”ın hücumçusu Olavio Juninyo zədələnib.
Komanda.az xəbər verir ki, braziliyalı futbolçu Bakıda “Bayer”ə (Leverkuzen) qarşı keçirdikləri Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda sıradan çıxıb.
84-cü dəqiqədə onu Nəriman Axundzadə əvəzləyib.
Azərbaycan çempionu 1/8 final mərhələsinin ilk oyununda Almaniya nəhəngi ilə heç-heçə edib (2:2).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin