“Qarabağ”ın Almaniyaya səfər proqramı müəyyənləşib
UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Bayer”in qonağı olacaq “Qarabağ”ın Almaniyaya səfər proqramı müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Qarabağ” martın 12-də, saat 18:15-də Kölnə, oradan isə Leverkuzenə yollanacaq. Martın 13-də, yerli vaxtla saat 17:00-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, 17:30-da komandanın açıq məşqi gerçəkləşəcək.
Leverkuzendəki qarşılaşma martın 14-də, saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesablı heç-heçə ilə nəticələnib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin