“Qarabağ”ın 2 legioneri fərdi hazırlaşır
“Qarabağ” bir günlük fasilənin ardından Azərbaycan Premyer Liqasının 16-cı turunda qarşılaşacağı “Sumqayıt”la oyun üçün hazırlığa start verib.
Komanda.az xəbər verir ki, məşqin ilk hissəsində futbolçular isinmə hərəkətlərinin ardından toplu tapşırıqları yerinə yetirib. Hazırlığın ikinci hissəsində isə komanda üzvləri ikitərəfli futbol oynayıblar.
Zədəli futbolçular – Miçel və Reynaldo Silva isə fitness zalında fərdi çalışmalarını davam etdirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin