“Qarabağ”ın 2 futbolçusundan yubiley qolları
“Qarabağ”ın iki futbolçusu yubiley qolunu vurub.
Komanda.az xəbər verir ki, bu, Premyer Liqanın 19-cu turuna təsadüf edib. “Turan Tovuz”la görüşdə hesabı açan Musa Qurbanlı Ağdam klubunun formasında 25-ci dəfə fərqlənib. 21 yaşlı hücumçu Premyer Liqada 22, Azərbaycan kubokunda 3 dəfə rəqib qapılarına yol tapıb.
Bu matç həm də Qurbanlının “Qarabağ”da yubiley görüşü olub. 50-ci dəfə meydana çıxan forvard çempionatda 36, kubokda 5, avrokuboklarda 9 dəfə şans qazanıb.
“Turan Tovuz”la görüşdə ağdamlıların ikinci qoluna imza atan Ramil Şeydayev komandasında 30-cu dəfə fərqlənib. O, Premyer Liqada 23, kubokda 4, avrokubokda 3 dəfə qol sevinci yaşayıb.
“Qarabağ” Tovuzdakı səfər qarşılaşmasında 3:2 hesablı qələbə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin