“Qarabağ”ın 2 futbolçusu Latviya ilə oyunda olmayacaq

Azərbaycan millisinin iki futbolçusu Latviya ilə yoxlama oyununda iştirak etməyəcək.

Komanda.az xəbər verir ki, bunlar “Qarabağ”ın futbolçuları Bədavi Hüseynovla Rüstəm Əhmədzadədir.

Hüseynov ayaq əzələsindəki problemlərə görə heyətdən kənarda qalıb. Əhmədzadənin adı isə baş məşqçi Canni De Byazinin qərarı ilə oyunun iştirak ərizəsinə daxil edilməyib.

Maltanın Milli Stadionunda keçiriləcək Azərbaycan – Latviya matçı bu gün saat 15:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button