“Qarabağ”ın əvəzediciləri Gəncədən xalsız qayıtdı
Bu gün Birinci divizionda 26-cı turdan təxirə salınmış bir oyun keçirilib.
Komanda.az xəbər verir ki, günün yeganə matçı Gəncədə yerli “Kəpəz”lə “Qarabağ”ın əvəzedici komandaları arasında baş tutub.
Üç qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
Birinci divizion
26-cı turun oyunu
19 may
“Kəpəz-2” – “Qarabağ-2” 2:1
Qol: Cavad Kərimov, 7; 86 – Hüseyn Hüseynli, 90.
Hakimlər: Şamil İmanzadə, Rasim Axundov, Aydın Bəxşiyev, Rəsul Babayev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:00.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin