“Qarabağ”ı təəccübləndirməyə çalışacağıq” – Xavi Munyos

“Linkoln”un baş məşqçisi Xavi Munyos Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Qarabağ”la cavab qarşılaşmasından öncə baş tutan mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, o, görüşə məğlub başlayacaqlarını söyləyib:

“Bizi çox çətin oyun gözləyir. Görüşə məğlub başlayacağıq. Komandaya inanırıq. Uğurlu nəticə əldə etməyə çalışacağıq.

Doğrudur, uzun səfər oldu. Lakin sizin dediyiniz qədər çox çəkmədi. Klub bizim rahatlığımız üçün şərait yaratmışdı. Bu amilin sabahkı oyuna təsir edəcəyini düşünmürəm.

İlk oyunda qurduğumuz plan özünü doğrultdu. Qələbə qazana bilərdik, sadəcə, bəxtsizlik yaşandı. Bakıya gəzmək üçün gəlməmişik. Planımızı burada açıqlamayacağam. Rəqibi təəccübləndirməyə çalışacağıq”.

Xatırladaq ki, Cəbəllütariq təmsilçisi ilk görüşdə “Qarabağ”a 1:2 hesabı ilə uduzmuşdu.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button