“Qarabağ”ı qəzəbləndirmək istəyirdik” – Heyda
“Birinci hissədə hücuma keçərək rəqibi bir az qəzəbləndirmək istəyirdik. Fərqlənmək üçün şanslarımız da oldu”.
Komanda.az xəbər verir ki, bu sözləri “Viktoriya” (Plzen) komandasının kapitanı Lukaş Heyda Bakıda “Qarabağ”la qolsuz heç-heçə etdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra deyib.
O, ikinci yarıda demək olar heç nə etmədiklərini bildirib:
“Məsuliyyətlə müdafiə olunduq və bunu sərfəli nəticə kimi qəbul edirik”.
Qarşılaşmada sarı vərəqə aldığı üçün cəzalı duruma düşən Heyda azarkeşlərdən üzr istəyib:
“Buna baxmayaraq komanda yoldaşlarımın işin öhdəsindən gələcəyinə inanıram”.
Avqustun 23-də Plzendəki “Dusan Arena”da keçiriləcək cavab matçı saat 23:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin