“Qarabağ”ı ÇL-dən kənarlaşdıran baş məşqçiylə yollar ayrıldı
Belarusun BATE klubu baş məşqçisi Aleksey Baqa ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 38 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
“Qarabağ” ötən mövsüm Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində BATE ilə qarşılaşmışdı. İlk oyunda Bakıda rəqibinə 0:1 hesabıyla uduzan Ağdam təmsilçisi, səfərdə 1:1 hesablı heç-heçə etsə də, mübarizəni dayandırmışdı.
Baqa 2018-ci iyulundan BATE-də çalışırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin