
“Qarabağ”ın uduzduğu komandanın baş məşqçisi ilə bağlı qeyri-müəyyənlik var
“Atletik” baş məşqçi Ernesto Valverdenin mümkün gedişinə hazırlaşır.
Komanda.az “La Razon”-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisin müqaviləsinin müddəti gələn yay başa çatacaq və hələlik onun yenilənib-yenilənməyəcəyi məlum deyil.
Klub rəhbərliyi artıq potensial varislər üzərində düşünür. Əsas namizəd kimi hazırda İngiltərə Premyer Liqasında “Bornmut”u çalışdıran Andoni İraola göstərilir. Onun komandası bu mövsüm yüksək nəticələr əldə edərək, liqanın liderlər qrupunda qərarlaşıb.
Digər ehtimal olunan variantlar arasında “Rayo Valyekano”nun baş məşqçisi İniqo Peres və hazırda “Elçe”ni çalışdıran Eder Sarabiya da var. Sarabiyanın klubla müddəti 2027-ci ilə qədər olan müqaviləsi olsa da, İraola və Peres mövsümün sonunda azad agentə çevrilə bilər.
İniqo Peres mətbuata verdiyi açıqlamada “Rayo Valyekano”dakı vəziyyətindən razı olduğunu bildirib.
UEFA Çempionlar Liqasının ilk iki turunda xalsız qalan Bilbao təmsilçisi 3-cü turda evdə “Qarabağ” üzərində qələbə qazanıb – 3:1.
Bizi Facebook-da izləyin



