
“Qarabağ”ı Kipr klubuna dəyişə bilər
Qanalı futbolçu Emmanuel Addai “Qarabağ”dan ayrıla bilər.
Komanda.az Kipr mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı oyunçu ilə yerli APOEL klubu ciddi şəkildə maraqlanır.
Kiprlilərin Ağdam klubu ilə razılığa yaxınlaşdığı bildirilir.
Addainin “Qarabağ”la müqaviləsinin müddəti 2025/26 mövsümünün sonuna qədərdir. Onun transfer dəyəri 1,2 milyon avro qiymətləndirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin