“Qarabağ”ı keçmək üçün son dəqiqəyə qədər mübarizə aparacağıq”
Portuqaliyanın “Braqa” klubunun baş məşqçisi Artur Jorje UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyunu barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis ilk matçda qeydə alınan 2:4 hesablı məğlubiyyətə baxmayaraq, Bakıda bunun əvəzini çıxacaqlarına inandığını deyib:
“Qarabağ”ı keçmək üçün son dəqiqəyə qədər mübarizə aparacağıq. Çempionatda “Farense” üzərində qələbə inam və motivasiyanı artırmaq üçün vacib idi. Artıq diqqətimizi “Qarabağ”la qarşılaşmaya yönəltmişik. Məqsədimiz mərhələ adlamaq olacaq”.
“Qarabağ”la “Braqa” arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin