“Qarabağ”ı ÇL-dən kənarlaşdıran komandada yeni baş məşqçi

Cari mövsüm UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ı məğlub edən Xorvatiyanın “Dinamo” (Zaqreb) kollektivinin yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Nenad Beliçaya həvalə olunub.

O, bu postda Sergey Yakiroviçi əvəzləyib. Xorvatiyalı mütəxəssislə birillik müqavilə imzalanıb.

55 yaşlı çalışdırıcı 2018-2020-ci illərdə “Dinamo”nun “sükanı arxasında” olub. O, son olaraq Almaniyanın “Union” komandasının baş məşqçisi kimi fəaliyyət göstərib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button