“Qarabağ”ı büdrətdilər, rəmzi komandaya həsrət qaldılar FOTO
Azərbaycan Premyer Liqasının 8-ci turunun rəmzi komandası məlum olub.
Komanda.az xəbər verir ki, son turda “Qəbələ” ilə səfərdə 1:1 hesablı heç-heçə edən “Qarabağ”ın bir neçə oyunçusu rəmzi komandada yer alıb. Liderdən 1 xal qoparan “Qəbələ”dən isə heç kim rəmzi komandaya düşməyib:
Qapıçı: Səlahət Ağayev – 271 (“Neftçi”);
Müdafiəçilər: Təmkin Xəlilzadə – 305 (“Sabah”)-2, Kiril Petrov – 263 (“Neftçi”), Franko Flores – 258 (“Keşlə”)-3, Maksim Medvedev – 273 (“Qarabağ”);
Yarımmüdafiəçilər: Baqali Dabo – 302 (“Neftçi”), Qara Qarayev – 258 (“Qarabağ”)-2, Rəhman Hacıyev – 318 (“Neftçi”), Dani Kintana – 300 (“Qarabağ”)-3;
Hücumçular: Stiven Monroz – 295 (“Neftçi”)-3, Mehdi Şərifi – 248 (“Sumqayıt”)-2.
Qeyd: Oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.
Bizi Facebook-da izləyin