“Qarabağ”dansa, “Rakuv” gəlsin” – “Aris”in baş məşqçisi
Kiprin “Aris” klubunun baş məşqçisi Aleksey Şpilevski UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gəlmək istədiyi komanda ilə bağlı danışıb.
2-ci mərhələdə Belarus təmsilçisi BATE-ni hər iki oyunda (6:2, 5:3) məğlub edən limassollular növbəti mərhələdə “Qarabağ” – “Rakuv” (Polşa) cütünün qalibi ilə qarşılaşacaqlar.
Komanda.az xəbər verir ki, belaruslu mütəxəssis bir müddət əvvəl “Rakuv”dan təklif aldığını da etiraf edib:
“Ora keçməyə yaxın idim. Ancaq son anda “Aris”də qalmağı üstün tutdum. “Rakuv” da, “Qarabağ” da çətin komandadır. Bu, çox yaxşı cütlükdür. “Qarabağ”dansa, “Rakuv” gəlsin”.
Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Rakuv” matçı saat 20:00-da start götürəcək. Polşadakı ilk matçda meydan sahibləri 3:2 hesablı qələbə qazanıblar.
Bizi Facebook-da izləyin