“Qarabağ”dan tarixi göstərici
“Qarabağ” Premyer Liqada ardıcıl 3-cü dəfə bir oyunda 6 qol vurub.
Komanda.az PFL-ə istinadən xəbər verir ki, 8-ci turda “Keşlə”ni 6:1, 9-cu turda “Neftçi”ni 6:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisi bu dəfə “Sumqayıt”la görüşdə məhsuldarlıq nümayiş etdirib – 6:1.
Qurban Qurbanovun yetirmələri bununla da, Azərbaycan çempionatları tarixində ilkə imza atıb. 1992-ci ildən keçirilən yarışda indiyədək heç bir klub ardıcıl 3 görüşdə 6 və ya daha çox qol vurmayıb.
Beş dəfə eyni komanda ardıcıl iki matçda bunu bacarsa da, seriyanı 3-ə çatdıra bilməyib. “Neftçi” iki, “Viləş” və Sumqayıt “Xəzər”i bir dəfə 1992-ci ildə belə məhsuldarlıq göstərib. Sonuncu belə hadisə 2004/05 mövsümünün ikinci yarısına təsadüf olunub. “Bakı” “Göyəzən”i 6:0, “Bakılı”nı 7:2 hesabı ilə üstələyib.
Bizi Facebook-da izləyin