“Qarabağ”dan Qazaxıstan klubuna

“Qarabağ”ın bu yay yollarını ayırdığı Reynaldo Silvanın yeni klubu bəlli olub.

Komanda.az xəbər verir ki, braziliyalı futbolçu bundan sonra karyerasını Qazaxıstanın “İrtış” klubunda davam etdirəcək.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Lakin 30 yaşlı hücumçu ilə müqavilənin detalları barədə ətraflı məlumat verilməyib.

Qeyd edək ki, Reynaldo 2013-2016-ci illər aralığında “Qarabağ”da çıxış edib. O, bir müddət Türkiyə (“Adanaspor”), Slovakiya (“Spartak”, Trnava) və Qazaxıstanda (“Aktobe) forma geyindikdən sonra 2018/19 mövsümünün ikinci yarısında yenidən Ağdam klubuna qayıtmışdı. Amma bu dəfə o, ümidləri doğrultmadığından, mövsüm bitən kimi klub braziliyalı futbolçu ilə vidalaşmaq məcburiyyətində qalmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button