“Qarabağ”dan qapıçısı ilə yeni müqavilə
“Qarabağ” qapıçısı Şahruddin Məhəmmədəliyevlə yeni müqavilə imzalayıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı qolkiperin sözləşməsinin müddəti 2026-cı il iyunun 30-dək uzadılıb.
Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev 2016-cı ildən “Qarabağ”da çıxış edir. O, Azərbaycan millisinin də əsas qapıçısıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin