
“Qarabağ”dan Macarıstandakı azarkeşlərə müraciət
“Qarabağ” “Ferentsvaroş”a qarşı UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunundan əvvəl Macarıstandakı azarkeşlərinə müraciət edib.
Komanda.az klubun rəsmi ”feysbuk” səhifəsinə istinadən xəbər verir ki, komandanı dəstəkləmək istəyən fanatlar bu gün saat 18:00-dan 20:00-dək “Groupama Arena”da qonaq tərəfdarlar üçün ayrılmış E sektorunun giriş qapısından bilet ala bilərlər.
Biletin qiyməti 8 avrodur (2850 Macarıstan forinti).
Bu gün oynanılacaq görüş saat 22:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin