“Baş məşqçi mənə etimad göstərməməyə başladı” – “Qarabağ”dan ayrılan futbolçu
“Qarabağ”dan “Levski”yə transfer olunan Simeon Slavçev açıqlama verib.
Komanda.az xəbər verir ki, Bolqarıstan mətbuatına danışan 26 yaşlı yarımmüdafiəçi, “Qarabağ”dan ayrılma səbəbini də deyib:
“Qarabağ”dakı ilk ilimdə hər şey yaxşı idi. Daimi oynayırdım. Lakin ikinci mövsümdə vəziyyət dəyişdi. Futbolla bağlı səbəblərdən baş məşqçi mənə etimad göstərməməyə başladı. Məşqlərdə yüz faizimlə çalışırdım. Ancaq mənə etimad göstərilmədi ki, bu da peşəkar futbolçu üçün çox önəmlidir.
Mən Portuqaliya, Polşa, Kipr, İngiltərə və Azərbaycanda oynamışam. Bu ölkələrdə fərqli şeylər görsəm də, bir cəhət hamısı üçün xarakterikdir. Onlar ilk növbədə öz futbolçularını qiymətləndirirlər, sonra legionerləri. Olduğum bütün komandalarda yerli futbolçu var idisə, hər zaman ona şans verilirdi. Legionerlər isə arxa planda qalırdı. Bu amil azarkeşlərə də aiddir. Onlar öz futbolçularını tez sevirlər. Əcnəbilər üçün isə bu, xeyli çətin olur”.
2018-2019-cu illərdə “Qarabağ”ın şərəfini qoruyan Slavçev, Ağdam təmsilçisində ümumilikdə 39 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Slavçev Bolqarıstanın “Levski” klubu ilə 3 illik müqavilə imzalayıb.
Bizi Facebook-da izləyin