
“Qarabağ”dan İsveçrədəki azarkeşlərinə müraciət
“Qarabağ” klubu iyulun 27-də İsveçrədə “Sürix”ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu ilə əlaqədar azarkeşlərə müraciət edib.
Komanda.az xəbər verir ki, müraciətdə komandanı stadionda dəstəkləmək istəyən fanatlar üçün biletlərin oyun günü satılacağı bildirilib.
“Letsiqrund” stadionunda təşkil olunacaq qarşılaşma üçün biletlərə 25 İsveçrə frankı qiymət qoyulub.
Bilet satışı ilə bağlı detallı məlumat daha sonra veriləcək.
Oyun saat 21:00-da başlayacaq. İlk matçda “Qarabağ” qalib gəlib – 3:2.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin