“Qarabağ”dan icra başçısına forma, 1500 ailəyə yardım – FOTOLAR
Xəbər verdiyimiz kimi, “Qarabağ” koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi zamanı Ağdamda yaşayan ailələrə yardım göndərib.
Komanda.az xəbər verir ki, Ağdam klubunun direktoru Emrah Çelikel, baş məşqçi Qurban Qurbanov və futbolçular – Rəşad Sadıqov, Qara Qarayev, Mahir Emreli, Maksim Medvedev və Şahruddin Məhəmmədəliyevin yer aldığı heyət Ağdamda şəhər icra hakimiyyətinin başçısı Vaqif Həsənov tərəfindən qarşılanıb.
İcra başçısı futbolçularla söhbətində hər zaman komandanın yanında olduğunu və qazandığı uğurlarla fəxr etdiyini dilə gətirib. Vaqif Həsənova klub tərəfindən forma və futbolçuların imzalı topu hədiyyə olunub.
Daha sonra “Qarabağ” tərəfindən 1500 ərzaq bağlaması aztəminatlı ailələrə paylanılıb.
Bizi Facebook-da izləyin